четверг, 1 января 2015 г.

Varis-Yaşıl üzlü gündəlik...



Varis Yolçuyevin ən gözəl əsərlərindən biri Yaşıl üzlü gündəlik...

Zeynəb adlı gənc qızın həyat hekayəsini anlatan bu roman həm də həyatın ən keşməkeşli, ən çətin, ən dayanılmaz günlərinin nümunəsidir. İnsan gərək heç vaxt yaşadığı həyatdan şikayətlənməsin çünki, biz Zeynəbin həyatından daha betərini yaşamırıq.



Kasıb bir ailədən çıxan Zeynəb Bakıda universitetə qəbul olunduqda sevdiyi oğlanı-Talıbı yaşadığı yerdə qoyub Bakıya gedir. Ona "Qalsam səninəm, ölsəm torpağın" deyə söz verir. Amma gələcəkdə bizi nə gözlədiyini heç kim bilə-bilməz.

Zeynəb Bakıya gəldikdən sonra onun əhvalatı başlayır.

O, bu əhvalatları gündəliyinə qeyd edir və bu hadisələrdən gündəlik vasitəsi ilə teleaparıcı Tural Gündüzlü xəbər tutur. Elə roman da onun adından danışılır.

Zeynəbin başına gələn tük ürpədici, dəhşətli hadisələr mənim bəzən ağlamağıma nədən olurdu. Varis Yolçuyevin bu əsərində "mən heç vaxt həyatımdan şikayətlənməməliyəm" dərsini aldım. Zeynəbin başına gələnlər, həyatının sevgisi olan Talıbı öz qərarsızlığından itirməsi hər bir insana dərs olmalıdır.

Əsərin sujet xətti aktual mövzudur. Əsərin "qəhrəmanlarından" biri olan Etibar Zeynəbi öz ovcunun içinə alır. Hal-hazırda da Etibar kimi dırnaq arası qəhrəmanların sayı az deyil. Onlar qızlara yalandan sevdiklərini söylüyürlər, onları buna inandırıb öz istədiklərini əldə etdikdən sonra isə onu yarı yolda qoyurlar. Bu bir qızın başına gələn ən dəhşətli hadisədir. Biz bu barədə televizorda onlarla veriliş izləyirik. Lakin bizim cəmiyyət heç vaxt bu mövzulardan dərs almır. Bu isə mənim ən çox üzüldüyüm mövzudur. Məsələ bundadır ki, həmin qızlar başlarına gələnlərdən dərs almırlar ikinci dəfə eyni hərəkəti edirlər. Lakin ataların "Eşşək palçığa bir dəfə batar" deyimi hər zaman öz təsdiqini tapır. Zeynəb də bu qızlardan biridir. O bir dəfə Etibarın ona etdiklərini ona bağışlayır Etibar isə onu ikinci dəfə üstəlik bu dəfə daha pis vəziyyətdə qoyur.

Bu əsəri hər kəsə maraqla oxumağı tövsiyə edirəm. İndiki zəmanənin qızlarının içi mən qarışıq bu əsərdən dərs almağımıza ehtiyacımız var. Bu əsər əsl həyat dərsidir. 

1 комментарий:

  1. Casino Bonus Codes & Review - Wooricasinos
    Check out our in-depth review of Casino Bonus Codes 야구 사이트 and claim exclusive Casino Bonus 인스타 셀럽 offers 슬롯 커뮤니티 & promotions. Claim your bonus now!‎Review & Bonus Codes 토토랜드같은 · bet365코리아 ‎About Us

    ОтветитьУдалить